"Zirə" qalib gəldi, "Səbail" I Liqaya düşdü

"Zirə" qalib gəldi, "Səbail" I Liqaya düşdü

Misli Premyer Liqasının XXXIV turunda “Zirə” səfərdə “Səbail”i məğlub edib.

“ASCO Arena”da keçirilən görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticədən sonra xallarının sayını 70-ə yüksəldən Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda ikinci pillədə qərarlaşıb. Hazırda 22 xalla turnir cədvəlinin sonuncu - 10-cu pilləsində olan “Səbail”in isə I Liqaya düşdüyü dəqiqləşib.

Turun digər matçında “Turan Tovuz” “Neftçi” ilə qarşılaşacaq.

Mənbə: axar.az