“Qalatasaray” “Trabzonspor”u məğlub etdi

“Qalatasaray” “Trabzonspor”u məğlub etdi

Türkiyə Superliqasında 35-ci turun növbəti oyunu keçirilib.

“Trabzonspor” doğma meydanda “Qalatasaray” ilə qarşılaşıb.

Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

İstanbul təmsilçisinin qollarını Abdulkerim Bardakçı və Alvaro Morata vurub.

Bu nəticədən sonra xallarını 86-ya çatdıran “Qalatasaray” turnir cədvəlinin lideridir. Meydan sahibləri isə 46 xalla səkkizinci yerdədir.

Mənbə: qafqazinfo.az