Xəbər verdiyimiz kimi, Təbrizin “Traktor” klubu İran çempionu olub.
“Qırmızı qurdlar” ötən gün çempionluq kubokuna və qızıl medallarına qovuşub.
Maraqlıdır ki, Təbriz təmsilçisi medallarını əzəli rəqibi “İstiqlal”ın meydanında alıb. Onlara qarşı keçirdiyi matçda 3:1 hesablı qələbə qazanan komanda daha sonra mükafatlarına qovuşub.
Komandanın kubok alması isə Təbrizdə böyük coşqu ilə qeyd edilib. Minlərlə insan küçələrə axışaraq çempionluğu bayram edib.
Həmin görüntüləri təqdim edirik:
Mənbə: qafqazinfo.az