"İnter" onunla anlaşdı

"İnter" onunla anlaşdı

İtaliyanın “İnter” komandası “Parma”nın futbolçusu Anj-Yoan Bonni ilə şəxsi razılıq əldə edib.

Bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

Onun sözlərinə görə, Milan təmsilçisi 21 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalayacaq. "Parma" fransalı oyunçunun transferindən bonuslar istisna, 25 milyon avro qazana bilər.

Qeyd edək ki, Anj-Yoan Bonni 2021-ci ildən İtaliya klubunda çıxış edir.


Mənbə: unikal.az