ABŞ-nin ev sahibliyi etdiyi klublararası dünya çempionatında (KDÇ) 1/4 finala yüksələn daha bir komanda bəlli olub.
“Qafqazinfo” xəbər verir ki, Səudiyyə Ərəbistanın “Əl-Hilal” klubu İngiltərənin “Mançester Siti” komandasını 4:3 hesabı ilə məğlub edib.
Qarşılaşma əsas vaxtda 2-2 bərabərliklə nəticələnib və oyunda əlavə vaxt oynanılıb. İngiltərə klubunu turnirdən kənarlaşdıran “Əl-Hilal” növbəti mərhələyə adlayıb.
Beləliklə, Ərəbistan təmsilçisi 1/4 finalda Braziliyanın “Fluminense” klubu ilə qarşılaşacaq.
Mənbə: qafqazinfo.az