Finlandiya çəkindirici nüvə silahına sahib olmalıdır.
Bu barədə Finlandiyanın yeni Prezidenti Aleksandr Stubb deyib.
“Finlandiya çəkindirici nüvə vasitəsinə sahib olmalıdır. Üzvü olduğumuz NATO bizə üç çəkindirici vasitə təqdim edir: birincisi, hərbçilərdir, ikincisi, raketlər, sursatlar və üçüncüsü – bu, ABŞ-dan gələn nüvə silahıdır”, - o bildirib.
Qeyd edək ki, Stubb namizədliyi dövründə də parlamentin qanunvericiliyə dəyişiklik edəcəyi təqdirdə Finlandiya ərazisində nüvə silahının yerləşdiriləcəyini istisna etməmişdi.
Mənbə: axar.az