Marsda hörümçəklər görüntüləndi: Alimlər güman edir ki...

Marsda hörümçəklər görüntüləndi: Alimlər güman edir ki...

Marsın səthində istilik nəticəsində yüzlərlə hörümçəyə bənzər maddə yaranıb.

Publik.az xəbər verir ki, yüksək təzyiq altında səthə çıxan bu maddələr hörümçəklə müqayisə edilib.

Bu hörümçəklərin, yəni maddələrin günəş şüalarının Mars torpağındakı karbon qazlı buzunu əridib qaza çevirməsi ilə əmələ gəldiyi güman edilir. Bu qaz nəticəsində müxtəlif tünd rəngli maddələr meydana gəlib. Həmin maddələr eni 45 metrdən 1 kilometrə qədər olan məsafəsini əhatə edir.

Görüntülər ESA-nın Qaz İzləmə Peyki (TGO) və Mars Express peyki tərəfindən çəkilib.

Aysel Şahmar

Mənbə: publika.az