Mask hökuməti TƏNQİD ETDİ: “Azadlıqlar ölkəsi” olan ABŞ-yə nə oldu?” - VİDEO

Mask hökuməti TƏNQİD ETDİ: “Azadlıqlar ölkəsi” olan ABŞ-yə nə oldu?” -

Amerikalı milyarder İlon Mask ABŞ-də 7 il evdə saxlanılan heyvanın vəhşi heyvan kateqoriyasında olduğu səbəbilə rəsmilər tərəfindən öldürülməsini tənqid edib.
Mask bununla bağlı sosial şəbəkə hesablarında paylaşım edib.
“Hökumətin evinizə soxulub ev heyvanınızı öldürməsi düzgün deyil. “Azadlıqlar ölkəsi” olan ABŞ-yə nə oldu?” - milyarder bildirib.
Qeyd edək ki, sosial mediada 1 milyona yaxın izləyicisi olan "Penaut" adlı dələ bu gün ABŞ-da vəhşi heyvan kateqoriyasında olduğu səbəbilə 7 illik sahibinin əlindən alındıqdan sonra evtanaziya yolu ilə öldürülüb.


Mənbə: bizim.media