"TikTok" şəkillərdən videolar yaradan süni intellekt alətini elan edib.
Yeni funksiya "AI Alive" adlanır və o, istifadəçilərə bir əmrlə hərəkətsiz fotolardan video çəkməyə imkan verəcək.
Yeni süni intellekt alətinə "TikTok" hekayə kamerası vasitəsilə daxil olmaq olar. Məsələn; şəkildə səma, buludlar və dəniz varsa, "TikTok" fotonu səmanın tədricən rənginin dəyişdiyini, buludların sürüşməyə başladığını və dalğaların çırpılmasının səsini eşitdiyiniz videoya çevirəcək.
"AI Alive" ilə hazırlanan "TikTok" videolarında, süni intellekt istifadəsini göstərən etiket və C2PA metadatası da olacaq.
"TikTok" videolar üçün aldıqları təhlükəsizlik tədbirlərindən də danışıb. "TikTok" bildirir ki, yüklənmiş foto, süni intellektə verilən əmr və süni intellekt tərəfindən hazırlanan video məzmun yaradıcısına göstərilməzdən əvvəl moderasiya texnologiyası ilə nəzərdən keçirilir və hekayə paylaşımı zamanı son təhlükəsizlik yoxlamasından keçəcək.
Mənbə: olke.az