Rusiyada özəl yanacaqdoldurma məntəqələrinin və iri şəbəkələrin sahibləri kütləvi şəkildə yanacaqdoldurma məntəqələrini satmağa başlayıblar.
Bu barədə "İzvestiya" qəzeti yazıb.
Nəşrin məlumatına görə, bazarlarda və şirkətlərin veb saytlarında 150-dən çox yanacaqdoldurma məntəqəsinin elanları yerləşdirilib. Qiymətlər yerləşmə yerindən, avadanlıqdan, istismar müddətindən və formatdan asılı olaraq 1 milyondan (21 767 AZN) 150 milyon rubla (3,265,050 AZN) qədər dəyişir. M
Qəzetlə söhbətində sahiblər maliyyə vəziyyətlərinin pisləşməsi səbəbindən yanacaqdoldurma məntəqəsini satmaq istəklərini izah ediblər.
Mənbə: unikal.az