Bu gün bank kartları insanların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Artıq əksəriyyət yalnız əməkhaqqı kartı ilə kifayətlənmir, əlavə kartlar da əldə edirlə. Bu kartlar bəzən istifadə üçün üçüncü şəxsə də verilir. Halbuki bu müəyyən risklər yaradır. Təsadüfi deyil ki, bir sıra ölkələrdə bank kartının üçüncü şəxsə verilməsi qadağandır. Rusiyada isə buna görə cəza var. Belə vəziyyətdə kart sahibi həbs edilə bilər.
Ölkəmizdə isə hazırda bu cür tənzimləmə mexanizmi mövcud deyil.
Bəs bu vəziyyət hansı riskləri doğurur?
Mövzu ilə bağlı fikirlərini bölüşən iqtisadçı Natiq Cəfərli deyib ki, bütün hallarda məsuliyyət kart sahibinə aiddir:
Kart sahibi istəyər ondan özü istifadə edər, istəməz başqasına verər. Gələcəkdə baş verə biləcək bütün xoşagəlməz hallar üçün də kart sahibi bilavasitə cavabdehdir. Bəzi ölkələrdə kartın üçüncü şəxsə verilməsi qadağan edilir. Amma mən bunu optimal variant hesab etmirəm.
Sərt qadağa nəyi dəyişəcək?
Hesab edirəm ki, bu məsələdə maarifləndirici tədbirlər cəza tədbirlərindən öndə olmalıdır. Televiziya, mətbuat və sosial çarxlar vasitəsi ilə insanlara çatdırılmalıdır ki, bank kartını digər şəxsə verəcəyiniz təqdirdə kart vasitəsilə həyata keçirilən bütün hərəkətlər üçün siz məsuliyyət daşıyırsınız. Maarifləndirmə doğru və davamlı aparılsa, yəqin ki, müsbət nəticələrə nail olunar”.
Mənbə: bizim.media