Oxu.az-a istinadən xəbər verilir ki, tenderin qiyməti 2 milyon 461 min 587,40 manat təşkil edib.
Müsabiqənin sənədlərinə əsasən, satınalma çərçivəsində Şuşa şəhərində yerləşən altı memarlıq abidəsinin bərpa-konservasiyası işlərinin birinci mərhələsinin həyata keçirilməsi nəzərdə tutulur.
Layihə çərçivəsində Cahangir bəyin yaşayış evi də daxil olmaqla tarixi abidələrdə konservasiya və bərpa işləri, divarların möhkəmləndirilməsi, çatların inyeksiya üsulu ilə bərkidilməsi, daş və hörgü elementlərinin bərpası, polad boruların quraşdırılması, zondaj və digər mühəndis-bərpa işlərinin görülməsi planlaşdırılır.
Mənbə: olke.az