Əminə Dilbazinin qızı ABŞ-də assosiasiya prezidenti seçildi

Əminə Dilbazinin qızı ABŞ-də assosiasiya prezidenti seçildi

Görkəmli bəstəkar Cövdət Hacıyevin və SSRİ Xalq artisti Əminə Dilbazinin qızı Pərvin Muradova-Dilbazi Brevard Musiqi Müəllimləri Assosiasiyasının (The Brevard Music Teachers Association) prezidenti seçilib.

Bu barədə Rəşid Behbudov Fondunun direktoru Kamil şahverdiyev məlumat yayıb.

ABŞ-nin Florida ştatında yaşayan Pərvin Muradova-Dilbazi Florida Texnologiya Universitetinin professoru, Floridanın "Azərbaycan-Amerika Mədəniyyəti Cəmiyyəti"nin Mədəniyyət işləri üzrə direktorudur.


O, həmçinin, ABŞ-də musiqi müəllimləri üzrə yüksək peşəkarlıq və tədris keyfiyyətinin göstəricisi olan “Musiqi Müəllimləri üzrə Milli Sertifikatlı Müəllim” (“Nationally Certified Teacher of Music-NTCM”) titulunun sahibidir.

Pərvin Muradova-Dilbazinin təşəbbüsü ilə hər il “Florida Keys” adlı beynəlxalq musiqi müsabiqəsi təşkil edilir. (redaktor.az)

Mənbə: bizim.media