“Ahbap” dərnəyi ilə bağlı aparılan istintaq çərçivəsində aktyor Şahan Gökbakar və aktrisa Hazal Kaya, jurnalistlər Fateh Altaylı, Ruşen Çakır və Özləm Gursəs dindiriləcək.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Veriləcək ifadələrin əhatə dairəsi ilə bağlı hələlik rəsmi açıqlama verilməsə də, istintaqın davam etdiyi və çoxşaxəli olduğu bildirilib.
Qeyd edək ki, məşhur müğənni Haluk Levent və Babala TV-nin təsisçisi Oğuzxan Uğur “Ahbap” dərnəyi ilə bağlı istintaq çərçivəsində həbs ediliblər.
Mənbə: www.bakupost.az