Müğənni Manaf Ağayev bu dəfə məclisdə başına gələnlərlə gündəmə olub.
Sənətçi iştirak etdiyi məclislərin birində, sözün əsl mənasında pul yağışına tutulub.
Məclisdə çəkilən görüntülərdə Manaf Ağayevin üzərinə ard-arda pul səpildiyi görünür.
Maraqlısı isə odur ki, həmin görüntüləri sənətçinin özü sosial şəbəkə hesabında paylaşıb. Video qısa müddətdə diqqət çəkib və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Lakin paylaşımın gündəmə çevrilməsindən sonra Manaf Ağayev videonu səhifəsindən silib.
Həmin görüntüləri təqdim edirik:
Bizim.Media
Mənbə: bizim.media