“Şabanoğlu Şaban”ın davam filmində baş rolda oğlu olacaq

“Şabanoğlu Şaban”ın davam filmində baş rolda oğlu olacaq

Türkiyə kinosunun ən məşhur komediya filmlərindən biri olan “Şabanoğlu Şaban” illər sonra yeni filmi ilə yenidən böyük ekranlara qayıdır.

Türkiyə mətbuatına istinadən xəbər verilir ki, “Şabanoğlu Şabanoğlu Şaban” adlı filmində baş rolu aktyor Ali Sunal canlandıracaq.

Məlumata görə, 1977-ci ildə tamaşaçıların görüşünə gələn əfsanəvi filmin yeni ekranlaşdırılmasında baş rolu bu dəfə Kemal Sunalın oğlu Ali Sunal canlandıracaq. Bununla da kinoda “Şaban” obrazının ikinci nəsil dövrü başlayacaq.

Filmin rejissoru Can Ulkay olacaq. Ekran əsərinin çəkilişlərinə ayın sonunda başlanılması planlaşdırılır.

Hazırda filmin aktyor heyətinin formalaşdırılması üçün danışıqlar davam edir.

Mənbə: qafqazinfo.az