Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin iştirakçılarına müraciət ünvanlayıb.
Müraciət mətnini Qazaxıstan Prezidentinin müşaviri Malik Atarbayev səsləndirib.
Müraciətdə bildirilib ki, Birinci Türkoloji Qurultay bütün türk dünyası üçün əhəmiyyətli tarixi hadisə idi:
“Qurultay qardaş ölkələrin sarsılmaz birliyinin göstəricisinə çevrilib. Orada irəli sürülən ideyalar bu gün də aktuallığını itirməyib”.
Həmçinin vurğulanıb ki, Azərbaycan bu gün türk dünyasında xüsusi yer tutur.
Tokayev bu mənada, Prezident İlham Əliyevə və Azərbaycan xalqına minnətdarlığımı ifadə edib.
***
Qırğız Respublikasının Prezidenti Sadıq Japarov da Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin iştirakçılarına müraciət ünvanlayıb.
“100 il əvvəl Bakıda dildə, fikirdə və əməldə birlik şüarı altında türk dünyasının intellektual dirçəlişinin əsası qoyulub.
Həmin dövrün mürəkkəb geosiyasi vəziyyətə baxmayaraq bir sıra bacib məsələlər müzakirə edilmişdi. Bu şübhəsiz qardaşlıq baxımından, onun daha da möhkəmləmdirilməsi baxımından tarixi əhəmiyyət daşıyırdı”, - Japarov qeyd edib.
Prezidentin sözlərinə görə, qurultayda qəbul edilmiş qərarlar türk xalqlarının dünyaya inteqrasiyasına töhfə verib.
Lamiyə Məmmədova

Lamiyə Məmmədova
Mənbə: qafqazinfo.az