Prezident İlham Əliyevin bizim regionda olan gərginliyin azaldılmasına töhfəsini qeyd etmək istəyirəm.
Bunu Slovakiya Prezidenti Peter Pelleqrini Prezident İlham Əliyev ilə Şuşada birlikdə mətbuata bəyanatında deyib.
O deyib ki, bu, Rusiya-Ukrayna müharibəsi, yaxud Yaxın Şərqdki gərginliyə şamil edilə bilər:
"Slovakiya elə bir mövqedədir ki, Avropada olan tərəfdaşlarla səylərini artırmalıdırlar ki, silah təchizatı artırılsın, eyni zamanda biz diplomatik həll yollarını da unutmamalıyıq. Biz qitəmizdə müharibəyə son qoyaq və regionumuzu inkişaf etdirək".
Mənbə: publika.az