İranla bağlı həmin məsələdən narahatdır

İranla bağlı həmin məsələdən narahatdır

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens İranla hərbi münaqişənin mümkün eskalasiyası ilə bağlı narahatlığını ifadə edib.

CNN-ə istinadən xəbər verilir ki, o, bu haqda Ağ Evdə Qərargah Rəisləri Komitəsinin sədri Den Keynin də iştirak etdiyi görüş zamanı danışıb.

Keynin də fikrincə, əməliyyatın genişləndirilməsi ABŞ-nin sursat ehtiyatlarını daha da tükəndirəcək.

Pentaqondakı bir mənbə CNN-ə təsdiqləyib ki, əməliyyatlar hazırda dayandırılıb. Hərbçilərin İran ərazisinə zərbələri dayandırmasına nəyin səbəb olduğu məlum deyil. CNN-in məlumatına görə, Fars körfəzi ölkələri ABŞ administrasiyasını İranla münaqişədə təmkinli davranmağa çağırıb. ABŞ prezidenti amerikalı danışıqlar aparan şəxslərə Tehranla əlaqəni saxlamaq barədə qapalı göstəriş verib.

Mənbə: qafqazinfo.az