Trampın Ağ Evdəki bal salonu layihəsini dayandırıldı

Trampın Ağ Evdəki bal salonu layihəsini dayandırıldı

Federal apelyasiya məhkəməsi ABŞ Prezidenti Donald Trampın administrasiyasına 400 milyon dollarlıq nəhəng layihə olan Ağ Evin bal zalının tikintisini dayandırmağı əmr edib.

"The New York Times" qəzetinin məlumatına görə, onun taleyinə indi Ali Məhkəmə qərar verəcək.

"Məhkəmə aşağı məhkəmənin heç bir qanun və ya qaydanın prezidentə Konqresin təsdiqi olmadan Ağ Evin bəzi hissələrini sökmək və yenidən qurmaq səlahiyyəti verməməsi barədə qərarını qüvvədə saxlayıb", - məlumatda deyilir.

Hakimlər Tramp administrasiyasının apelyasiya şikayəti verməsinə icazə vermək üçün qərarlarını iki həftə saxlayıblar.

Keçən il Ağ Evin Şərq Qanadı Konqresin təsdiqi olmadan sökülüb. Trampın özünün Amerika xalqına "hədiyyə" adlandırdığı bal zalının onun yerində tikilməsi planlaşdırılır. Bal zalının təxminən 8300 kvadrat metr sahəni əhatə etməsi planlaşdırılır ki, bu da onun əsas Ağ Ev binasından, demək olar ki, iki dəfə böyük olmasıdır.

Amerika ictimaiyyəti bu hadisəyə sərt reaksiya verib və amerikalılar üçün vacib olan bir abidənin tarixi hissəsinin dağıdılmasına qəzəblənib. Tarixi Abidələrin Qorunması üzrə Milli Trest məhkəməyə müraciət edib.

Tramp, həmçinin, iddia edib ki, zal dövlət vəsaiti olmadan tikiləcək, lakin iyun ayında administrasiya Ağ Evin təhlükəsizlik sistemini təkmilləşdirmək üçün Məxfi Xidmət büdcəsindən təxminən 350 milyon dollar ayırıb və media qurumları bu vəsaitin layihə üçün ayrıldığını bildirib.


Mənbə: unikal.az