Trampın 400 milyon dollarlıq layihəsinə məhkəmədən əngəl

Trampın 400 milyon dollarlıq layihəsinə məhkəmədən əngəl

ABŞ-də federal apellyasiya məhkəməsi Prezident Donald Tramp administrasiyasının Ağ Evdə inşa etməyi planlaşdırdığı 400 milyon dollarlıq bal zalı layihəsi ilə bağlı qərar qəbul edib.

Məhkəmə layihənin Konqresin razılığı olmadan həyata keçirilə bilməyəcəyinə hökm verib. Vaşinqton Dairəsi üzrə Apellyasiya Məhkəməsinin üç hakimdən ibarət kollegiyası qərarı iki səsə qarşı bir səslə qəbul edib. Qərarda bildirilib ki, bal zalının tikintisi dayandırılmalıdır.

Məhkəmə tarixi irsin qorunmasını müdafiə edən iddiaçıların mövqeyini haqlı hesab edib. Qərarda qeyd olunub ki, Ağ Ev ərazisində bu miqyasda bal zalının tikilib-tikilməməsinə qərar vermək səlahiyyəti Konqresə məxsusdur və icra hakimiyyəti bunu təkbaşına edə bilməz.

Bununla yanaşı, apellyasiya məhkəməsi Tramp administrasiyasına qərardan ABŞ Ali Məhkəməsinə şikayət vermək imkanı yaratmaq üçün hökmün icrasını iki həftə müddətinə dayandırıb.

Qeyd edək ki, proses yerli məhkəmənin aprelin 16-da bal zalının tikintisinin dayandırılması barədə qərar qəbul etməsindən sonra başlayıb. Tramp administrasiyası isə həmin qərardan apellyasiya şikayəti verib.

Əsmətxanım Rzazadə


Mənbə: yenisabah.az