Meyxanaçı Əhməd Naxçıvanlı çıxışlarından birində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbov haqqında meyxana səsləndirib.
O, meyxanasında Vasif Talıbovu Naxçıvanın inkişafında mühüm rol oynamış şəxs kimi təqdim edib.
Meyxanaçı ifasında "Naxçıvanın qurucusu Vasif Talıbovdur, onu heç zaman Naxçıvan xalqı unutmur",- sözlərini səsləndirib.
Xatırladaq ki, Vasif Talıbov 1995–2022-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsini icra edib. O, 2022-ci ilin dekabrında istefa verib. Meyxanada səsləndirilən fikirlər sosial şəbəkələrdə müxtəlif reaksiyalar və müzakirələr doğurub.
Mənbə: www.bakupost.az