ABŞ prezidenti Donald Tramp cümə günü “Truth Social” sosial şəbəkəsində diqqətçəkən paylaşım edib.
Trampın paylaşdığı şəkildə Hörmüz boğazı ABŞ ərazilərindən biri kimi təqdim olunub.
“ABŞ əraziləri” başlığı ilə yayımlanan görüntüdə Quam, ABŞ Virgin adaları, Şimali Marian adaları, Puerto-Riko, Ueyk adası, paytaxt Vaşinqton, Amerika Samoası, Marşal adaları və Mikroneziya Federativ Ştatlarının bayraqları yer alıb.
Şəklin yuxarı hissəsində isə Hörmüz boğazının xəritəsi əks olunub. Bu təqdimat Trampın Hörmüz boğazına xüsusi diqqət yetirdiyi bir vaxtda diqqət çəkib.
Mənbə: publika.az