Pakistanın xarici işlər naziri İshaq Dar erməni həmkarı Ararat Mirzoyanla Şanxay Əməkdaşlıq Təşkilatının Bişkekdə keçirilən sammiti çərçivəsində görüşüb.
Bu barədə Pakistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüşdə XİN rəhbərlərinin ikitərəfli münasibətlərin inkişafında müsbət dinamikanın artırılması ilə bağlı qətiyyəti vurğulanıb.
Nazirlər regional və beynəlxalq müstəvidə qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
Mənbə: apa.az