ABŞ yeni döyüş gəmisi axtarışında: Türkiyə dizaynı namizədlər arasındadır

ABŞ yeni döyüş gəmisi axtarışında: Türkiyə dizaynı namizədlər arasındadır

ABŞ Hərbi Dəniz Qüvvələri yeni freqat sinfinin yaradılması üçün Türkiyə, Cənubi Koreya və Yaponiyanın döyüş gəmisi dizaynlarını nəzərdən keçirir.

Bu barədə ABŞ-ın “USNI News” nəşri məlumat yayıb.

Bildirilib ki, Vaşinqton yeni layihə çərçivəsində Türkiyənin “İstanbul”, Cənubi Koreyanın “Chungnam” və Yaponiyanın “Mogami” sinfi freqatlarını qiymətləndirir.

Plan ilkin mərhələdə iki gəminin xarici gəmiqayırma zavodlarında inşa edilməsini, daha sonra istehsalın ABŞ-a keçirilməsini nəzərdə tutur.

Türkiyənin “İstanbul” sinfinin namizədlər siyahısına iyul ayında Ankarada keçirilən NATO sammiti çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Donald Tramp arasında baş tutan görüşdən sonra daxil edildiyi qeyd olunur.

ABŞ administrasiyası bu yanaşma ilə donanmanın genişləndirilməsini sürətləndirməyi, eyni zamanda müttəfiqlərin gəmiqayırma təcrübəsi, texnologiyası və istehsal imkanlarından yararlanmağı hədəfləyir.

Mənbə: publika.az