Mayamidəki görüşü vaxtından əvvəl bitirdilər

Mayamidəki görüşü vaxtından əvvəl bitirdilər

Mayamidə ABŞ, Ukrayna, Avropa ölkələri və NATO nümayəndələri arasında keçirilən danışıqlar vaxtından əvvəl başa çatıb.

“Ukrainskaya pravda”ya istinadən xəbər verilir ki, Rusiya-Ukrayna müharibəsinin sonlandırılması və deeskalasiya yolları barədə bu gün üçün planlaşdırılan görüş baş tutmayacaq.

Belə ki, oktyabrın 9 və 10-da Mayamidə ABŞ Prezidentinin nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Ukrayna, Avropa İttifaqı və NATO nümayəndələri ilə Ukraynadakı münaqişənin nizamlanmasına dair danışıqlar aparmalı idi. Oktyabrın 9-da planlaşdırılan görüş keçirilib. Danışıqların vaxtından əvvəl başa çatdırılmasının səbəbi açıqlanmayıb.

Mənbə: qafqazinfo.az