Türkiyə-Azərbaycan birliyinə qarşı təxribatlar nəticəsiz qalacaq

Türkiyə-Azərbaycan birliyinə qarşı təxribatlar nəticəsiz qalacaq
AK Partiyanın sədr müavini Kürşad Zorlu Türkiyə-Azərbaycan münasibətlərini sarsıtmağa yönələn heç bir təxribatın məqsədinə çata bilməyəcəyini bildirib.

Zorlu qarşılıqlı tənqidin mümkün olduğunu, lakin iki ölkəni birləşdirən böyük amalın hər şeydən üstün tutulmalı olduğunu vurğulayıb.

“Biz bir-birimizi tənqid edə, çatışmazlıqlarımızı dilə gətirə bilərik. Dövlət qurumlarımız da bunu ən yüksək səviyyədə qarşılıqlı şəkildə edirlər. Bizi bir araya gətirən bu böyük amal hər şeydən üstün olmalıdır”, – deyə o bildirib.

Mənbə: www.aznews.az