Yeni təyin olunan hakim şəhid qardaşıdır

Yeni təyin olunan hakim şəhid qardaşıdır

Məlum olduğu kimi, bu gün Prezident İlham Əliyevin Sərəncamı ilə birinci instansiya məhkəmələrinə hakimlər təyin olunub.

“Qafqazinfo” xəbər verir ki, onların arasında Vətən müharibəsi şəhidi Yüksəl Əlizadənin qardaşı Əli Əlizadə də var.

O, Şəmkir Rayon Məhkəməsinin hakimi təyin edilib.

Qeyd edək ki, şəhid Yüksəl Əlizadə də hüquqşünas olub, Gəncə İnzibati-İqtisad məhkəməsində, Gəncə Şəhər Prokurorluğunda böyük mütəxəssis vəzifəsində işləyib.

Onların atası mərhum İlqar Əliyev də sabiq prokurorluq əməkdaşı olub.

Y.Əlizadə 9 noyabr 2020-ci ildə Xocavənd ərazisində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Noyabrın 20-si Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.

Ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə də təltif edilib.

Mənbə: qafqazinfo.az