İranı yeni təhlükə gözləyir? - Trampdan mühüm mesaj

İranı yeni təhlükə gözləyir? - Trampdan mühüm mesaj

ABŞ prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatların yenidən başlanmasının hazırkı mərhələdə az ehtimal olunduğunu bildirib.

Publika.az xəbər verir ki, Tramp bu barədə “CNN” telekanalına müsahibəsində danışıb.

O qeyd edib ki, bu, Tehranın nüvə proqramı və Hörmüz boğazının açılması ilə bağlı danışıqlarda əldə olunacaq nəticələrdən, eləcə də tərəflərin razılaşma imzalamasından asılıdır.

“Buna ehtiyac yaranması ehtimalı azdır. Lakin zəruri olarsa, bunu edərəm. Biz İrana ciddi zərbə vurmuşuq. Onların maliyyə imkanları tükənir, hərbi baxımdan da ağır zərbə alıblar”, - deyə Tramp vurğulayıb.

Bildirilib ki, ABŞ hərbçiləri İranın nüvə proqramı ilə bağlı məlumatlara görə 20 milyon dollaradək mükafat elan edib. Vaşinqton, həmçinin Tehranın müasir silah və digər materialları quru yolları ilə daşımasının qarşısını almaq məqsədilə xüsusi əməliyyat qrupu yaradıb.

Mənbə: publika.az