Çin Ukraynada davamlı sülhün əldə olunması üçün əsas şərti açıqlayıb

Çin Ukraynada davamlı sülhün əldə olunması üçün əsas şərti açıqlayıb
Çin Ukraynada davamlı sülhün əldə olunması üçün münaqişənin köklü səbəblərinin aradan qaldırılmasını və bütün tərəflərin təhlükəsizlik sahəsində qanuni narahatlıqlarının nəzərə alınmasını zəruri hesab edir.
Bunu Çinin BMT yanında daimi nümayəndəsinin müavini Sun Ley BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı Qərb ölkələrinin təşəbbüsü ilə çağırılmış iclasında bildirib.
"Böhranın köklü səbəblərini aradan qaldırmaq və davamlı sülhə nail olmaq son dərəcə vacibdir. Münaqişə və müharibələrdə qalib olmur”, – diplomat qeyd edib.
Onun sözlərinə görə, maraqlı tərəflər Ukrayna böhranından nəticə çıxarmalı və təhlükəsizliyin bölünməzliyi prinsipinə əməl etməlidirlər.
"Tərəflər bir-birinin təhlükəsizlik sahəsində qanuni narahatlıqlarına lazımi diqqət yetirməli, xüsusilə də münaqişənin əsas səbəblərini nəzərə almalıdırlar. Eyni zamanda, balanslaşdırılmış, effektiv və davamlı regional təhlükəsizlik arxitekturası formalaşdırılmalıdır”, – Sun Ley vurğulayıb.
///apa.az

Mənbə: azxeber.com