Türkiyə ilə TARİXİ ANLAŞMA - Səudiyyə RƏSMƏN TƏSDİQLƏDİ

Türkiyə ilə TARİXİ ANLAŞMA - Səudiyyə RƏSMƏN TƏSDİQLƏDİ

Səudiyyə Ərəbistanı Nazirlər Kabineti Türkiyə ilə dəmir yolu sahəsində əməkdaşlığı nəzərdə tutan anlaşma memorandumunu rəsmən təsdiqləyib. Vəliəhd şahzadə Məhəmməd bin Salmanın sədrliyi ilə keçirilən iclasda qəbul edilən bu qərarla iki ölkə arasında nəqliyyat və logistika sahəsində strateji addım atılıb.

Səudiyyə Ərəbistanının rəsmi SPA agentliyinin yaydığı məlumata görə, paytaxt Ər-Riyadda təşkil olunan hökumət iclasında Türkiyə ilə dəmir yolu nəqliyyatının inkişafı məsələsi geniş müzakirə olunub.

Müzakirələrin yekunu olaraq, Səudiyyə Ərəbistanının Nəqliyyat Baş İdarəsi ilə Türkiyə Respublikasının Nəqliyyat və İnfrastruktur Nazirliyi arasında imzalanmış anlaşma memorandumu rəsmən təsdiqini tapıb.

Bununla da iki tərəfdaş ölkə arasında dəmir yolu layihələrinin icrasına yaşıl işıq yandırılıb.

Xatırladaq ki, cari ilin iyun ayında Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Səudiyyə Ərəbistanına rəsmi səfər edib. Səfər çərçivəsində tərəflər arasında dəmir yolu sektoru və logistika xidmətlərinin genişləndirilməsini əhatə edən çərçivə sazişləri əldə olunub.

Suudi Arabistan resmen onayladı! Türkiye ile tarihi anlaşma

Mənbə: musavat.com