Fransa prezidenti Emmanuel Makron Dublində Avropa Siyasi Birliyinin sammiti çərçivəsində keçirilən görüş zamanı gözlənilməz an yaşayıb.
Makron İslandiyanın Baş naziri Kristrun Frostadouttiri qucaqlamaq istəyib. Lakin fotodan görünür ki, baş nazir bu jestə eyni şəkildə qarşılıq verməyib və bir qədər geri çəkilib.
Maraqlı məqamlardan biri də Frostadouttirin həmin anda fotoqrafa tərəf baxması olub. Makron isə gülümsəyərək salamlaşmağa çalışıb.
Foto Fransa prezidentinin səmimi jesti ilə İslandiya baş nazirinin daha təmkinli reaksiyası arasındakı fərqə görə diqqət çəkib.
Bununla belə, Frostadouttirin qucaqlaşmadan qəsdən yayınıb-yayınmadığı məlum deyil. O və nümayəndələri hadisə ilə bağlı açıqlama verməyiblər.


Mənbə: publika.az