Fransada prezidentliyə namizəd Rusiya ilə mümkün müharibəyə qarşı çıxdı - Video

Fransada prezidentliyə namizəd Rusiya ilə mümkün müharibəyə qarşı çıxdı -

Fransanın solçu “Tabe olmayan Fransa” partiyasının lideri və 2027-ci il prezident seçkilərində namizəd Jan-Lük Melanşon ölkəsinin Rusiya ilə mümkün müharibəsinə qarşı çıxıb.

Bizim.Media xəbər verir ki, siyasətçi noyabrın 21-də tələbələrlə görüşündə nüvə müharibəsinin Fransa üçün fəlakətli nəticələrə səbəb olacağını bildirib.

“Bizim nüvə silahımız var, bəli. Amma Rusiya 11 saat qurşağına malikdir, biz isə Rusiya deyilik. Bizim üçün nüvə müharibəsi bir zərbə deməkdir və hər şey bitər”, – Melanşon vurğulayıb.


O, prezident seçiləcəyi təqdirdə Fransanın Rusiya ilə müharibəyə qoşulmayacağını, Ukraynaya fransız qoşunlarının göndərilməsini dəstəkləmədiyini və münaqişənin diplomatik danışıqlar yolu ilə həllini müdafiə etdiyini bildirib.


Bizim.Media

Mənbə: bizim.media