Polşa XİN rəhbəri: “Rusiya və ABŞ yalnız bu halda fövqəldövlət sayıla bilər” - Video

Polşa XİN rəhbəri: “Rusiya və ABŞ yalnız bu halda fövqəldövlət sayıla bilər” -

Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib ki, Rusiya və ABŞ yalnız İran və Ukraynaya qarşı müharibələrdə qalib gəldikdən sonra fövqəldövlət hesab oluna bilərlər.

Sikorski ABŞ, Rusiya və Çin liderlərinin Şençjendə keçirilən üçtərəfli sammitini şərh edərkən bu fikirləri səsləndirib.

Onun sözlərinə görə, Vladimir Putin bu sammiti gələcəkdə nostalji ilə xatırlamayacaq.

Çünki görüş onun dünyanın üç böyük güc arasında bölüşdürülməsi ilə bağlı çoxdankı arzusundan irəli gələn təşəbbüsü əsasında təşkil olunub.

Sikorski qeyd edib ki, Çin sammit zamanı Putinə Rusiyanın beynəlxalq münasibətlər sistemində tutduğu yeri açıq şəkildə nümayiş etdirib və onu Si Cinpinin həyat yoldaşının yanında dayandırıb. Nazir bunu Pekinin Rusiyanı artıq bərabərhüquqlu tərəfdaş kimi qəbul etmədiyinin göstəricisi kimi qiymətləndirib.

Polşa XİN rəhbəri 1945-ci il Yalta konfransını xatırladaraq bildirib ki, həmin vaxt təsir dairələri ABŞ və Sovet İttifaqının hərbi qüvvələrinin faktiki nəzarətində olan ərazilər əsasında müəyyənləşdirilmişdi.


Onun fikrincə, hazırda ABŞ və Rusiya öz regionlarında xeyli zəif rəqiblərinə qarşı müharibələrdə qalib gələ bilmirlər. Buna görə də Moskvanın nəzarət etmədiyi və fəth edə bilmədiyi ölkələr üzərində təsir dairəsi yaratmaq barədə iddiaları real deyil.


Mənbə: bizim.media