Putinin Ukrayna qarşısında əsas şərti açıqlandı - Foto

Putinin Ukrayna qarşısında əsas şərti açıqlandı -

Rusiya Prezidenti Vladimir Putin qapalı danışıqlar zamanı Ukraynaya NATO-nun kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətlərinin verilməsinə razılıq verib.

Bu barədə “The Washington Post” qəzetinin köşə yazarı Devid İqnatius danışıqlara yaxın mənbəyə istinadən məlumat yayıb.

Moskvanın əsas şərti Ukrayna ərazisində NATO qoşunlarının yerləşdirilməməsidir. Bunun müqabilində Rusiyaya qarşı sanksiyalar yumşaldılacaq.

Lakin Rusiya yeni hücuma hazırlaşmaq üçün qoşunlarını cəmləşdirməyə başlasa, məhdudiyyətlər yenidən tətbiq olunacaq.


ABŞ həmçinin atəşkəsdən sonra Rusiyanın qoşunlarını Ukrayna sərhədindən geri çəkməsini təklif edib. Rusiyanın yeni hücumu başlayacağı təqdirdə isə NATO qüvvələrinin dərhal Ukraynaya daxil olması nəzərdə tutulur.

Putinin Ukrayna qarşısında əsas şərti açıqlandı - Foto - foto 1


Mənbə: bizim.media