Argentinanın yeni Prezidenti Xavyer Miley vəzifəsinin icrasına başladığı gün ilk fərmanını imzalayıb.
“Qafqazinfo” “Infobae” portalına istinadən xəbər verir ki, Miley sözügedən fərmanla ölkədəki nazirliklərin sayını 18-dən 9-a endirib.
Məlumata görə, fəaliyyət göstərəcək nazirliklər arasında Xarici İşlər, Daxili İşlər, Beynəlxalq ticarət və din, Müdafiə, İqtisadiyyat, İnfrastruktur, Ədliyyə, Təhlükəsizlik, eləcə də Səhiyyə və insan kapitalı Nazirliyi var.
Xatırladaq ki, X.Miley dekabrın 10-u Argentina Prezidenti olaraq səlahiyyətlərinin icrasına başlayıb.
Mənbə: qafqazinfo.az