"Rusiya münaqişədə qalib gəlir"
Çikaqo Universitetinin professoru Con Mirşaymer "Judging Freedom" "YouTube" kanalına müsahibəsində bu mövzuda danışıb.
Kanalın aparıcısı, Nyu-Cersi Ali Məhkəməsinin keçmiş hakimi Endryu Napolitano professordan Rusiyanın NATO-nu darmadağın etdiyini deyərkən nəyi nəzərdə tutduğunu izah etməsini istəyib .
“Döyüş meydanında və səmada baş verənlərə baxsanız, Rusiya münaqişədə qalib gəlir. Onlar, şübhəsiz ki, hər cür Ukrayna hədəflərini havadan məhv edir və Ukrayna qüvvələrinə ciddi ziyan vururlar”, - Mirşaymer izah edib.
O əlavə edib ki, ABŞ və Avropa da faktiki olaraq münaqişədə iştirak edir və müvafiq olaraq, hazırda Ukrayna ilə birlikdə uduzur.
Bundan əvvəl Mirşaymer bildirib ki, NATO-nun 2008-ci ildə Ukraynanı alyansa dəvət etmək qərarı blok üçün fəlakətdir. O, Qərbin bu hərəkətini də "ağılsızlıq" adlandırıb.
Hüseyn İbadlı
Mənbə: publika.az