Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ölkənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özel arasında görüş keçiriləcək.
Görüş Bakı vaxtı ilə 17:00-da CHP-nin Baş Qərargahında baş tutacaq.
Bu, Ərdoğanın CHP-nin Baş Qərargahına son 18 ildə edəcəyi ilk belə səfər olacaq. Belə ki, Türkiyə lideri 2006-cı ildə CHP-nin o dövrdəki sədri Deniz Baykalı ziyarət etmişdi.
Xatırladaq ki, Ərdoğanla Özel arasında ilk görüş mayın 2-də Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Baş Qərargahında keçirilmişdi.
***
Prezident Rəcəb Tayyib Ərdoğanla CHP sədri Özgür Özel arasında görüş başlayıb.
Ö. Özel Türkiyə Prezidentini qapıda qarşılayıb.
Mənbə: qafqazinfo.az