Əsəd ailəsinin bunkerindən görüntülər İNTERNETƏ SIZDI - VİDEO

Əsəd ailəsinin bunkerindən görüntülər İNTERNETƏ SIZDI -

Bəşər Əsədin kiçik qardaşı Maherin sarayının altındakı sığınacaqda bunker təchiz edilib.

Oradan lentə alınan video "Baza" "Telegram" kanalı tərəfindən yayımlanıb.

Videoda anbara aparan qapını, uzun pilləkənləri, çoxsaylı bağlama və qutuları görə bilərsiniz. Videonun müəllifi tapıntıları ərəb dilində şərh edir.

"Telegram" kanalının məlumatına görə, ora sarayda yerin altında yerləşən aşağı mərtəbəni xatırladır.

“Orada tapançalar, silahlar, qızılı Quran var idi. Hər şey tozla örtülmüşdür. Çoxlu qızıl var!” - "Baza" video müəllifindən sitat gətirib.

Maher Əsəd Suriya ordusunun lideri, briqada generalıdır. Qardaşının hakimiyyətdə olduğu dövrdə Respublika Qvardiyasına və 4-cü elit Zirehli Diviziyaya komandanlıq edib.

Hüseyn İbadlı

Mənbə: publika.az