85 nəfərin diplomu tanınmadı

85 nəfərin diplomu tanınmadı

Aprel ayı üzrə 433 müraciətçinin 351-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 82 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi məlumat yayıb.

Mənfi qərarla yekunlaşan müraciətlərin ümumi sayı 85-dir.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, tibb və səhiyyə ixtisasları üzrə 75, biznesin idarə edilməsi üzrə 29, maliyyə üzrə 29, iqtisadiyyat üzrə 25 müraciət qeydə alınıb.

Mənbə: yenisabah.az