Böyük Britaniyada səfərdə olan Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Birləşmiş Krallığın Avropa, Şimali Amerika və dənizaşırı ərazilər üzrə dövlət naziri Stiven Dauti ilə regional sabitliyi müzakirə edib.
Bu barədə Britaniya XİN başçısının müavini sosial şəbəkədə yazıb.
“Birləşmiş Krallıq Azərbaycanın yaxın tərəfdaşıdır. Bu həftə Yalçın Rafiyevlə görüşüb regional sabitlik, iqtisadi əməkdaşlıq və iqlim öhdəliklərimizin irəliləməsini müzakirə etmək yaxşı oldu”, – o qeyd edib.
Britaniyalı diplomat vurğulayıb ki, Bakı və İrəvanın “mümkün qədər tez sülh sazişi imzalamasına dəstəyimizi bir daha təsdiq etdim”.
Rəfiyev isə britaniyalı həmkarının paylaşımını repost edərək Bakı ilə London arasındakı tərəfdaşlığın “möhkəm təməl üzərində qurulduğunu” yazıb.
Tərəfdaşlığımız möhkəm təməl üzərində qurulub ki, bu da düzgün istifadə olunduqda ümumi maraqlarımızın irəliləməsi üçün böyük potensiala yol açır”.
Azərbaycanlı diplomat həmçinin Britaniyanın ötən il Bakıda keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) “irəli doğru nəticələrin əldə olunmasında”kı rolunu yüksək qiymətləndirib:
“Birləşmiş Krallığın konstruktiv iştirakı COP29-da irəliyə doğru nəticələrin əldə olunmasında son dərəcə əhəmiyyətli olmuşdur”.
Xatırladaq ki, aprelin 29-da Azərbaycan xarici siyasət idarəsi XİN başçısı Ceyhun Bayramovla Birləşmiş Krallığın dövlət naziri Dauti arasında telefon danışığının baş tutduğunu bildirib.
Mənbə: axar.az