Türkiyədən RƏSMİ AÇIQLAMA - Azərbaycana gələn Netanyahunun təyyarəsinə İCAZƏ VERİLMƏYƏCƏK

Türkiyədən RƏSMİ AÇIQLAMA - Azərbaycana gələn Netanyahunun təyyarəsinə

Türkiyə Azərbaycana səfər edəcək İsrailin baş naziri Binyamin Netanyahunun təyyarəsi üçün hava məkanını açmayacaq.

Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya şöbəsi yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi "X" sosial şəbəkəsində məlumat yayıb.

"İsrailin baş naziri Binyamin Netanyahunun mayın 8-də Azərbaycana səfəri üçün Türkiyə hava məkanının açılması ilə bağlı qətiyyən heç bir razılıq yoxdur. Türkiyə hava məkanını İsrail təyyarələri üçün bağlayıb", - deyə məlumatda bildirilir.

Mərkəz əlavə edib ki, səmanı bağlamaq qərarı İsrailin Qəzza zolağı ilə bağlı siyasəti ilə əlaqədar verilib. Eyni zamanda Türkiyə Fələstinə dəstəyini davam etdirəcək.

Hüseyn İbadlı

Mənbə: publika.az