Pakistan BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edib

Pakistan BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edib

Pakistan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb edib.

TASS-a istinadən verilən məlumata görə, bu barədə Təhlükəsizlik Şurasındakı diplomatik mənbə məlumat verib.

Məlumata əsasən, Pakistan artan gərginlik fonunda Təhlükəsizlik Şurasının toplanmasını istəyib.

"Pakistan Təhlükəsizlik Şurasının iclasını tələb edir. Tarix hələ müəyyən edilməyib", – deyə agentliyin mənbəsi İslamabadın bundan sonrakı hərəkətləri ilə bağlı suala cavab olaraq bildirib.

Mənbə: az.trend.az