Məşhur aviaşirkət İsrailə uçuşları DAYANDIRDI

Məşhur aviaşirkət İsrailə uçuşları DAYANDIRDI

Britaniyanın "British Airways" aviaşirkəti Ben Qurion hava limanı yaxınlığında raket qalıqlarının düşməsi ilə əlaqədar Tel-Əvivə uçuşları mayın 7-dək dayandırıb.

Musavat.com-a istinadən xəbər verilir ki, bu barədə "Agence France-Presse" aviaşirkətə istinadən məlumat yayıb.

"Müştərilərimizin və ekipajımızın təhlükəsizliyi hər zaman prioritetimizdir. Biz əməliyyatlarımız üçün şərtləri daim nəzərdən keçiririk və mayın 7-dək Təl-Əvivə və oradan bütün uçuşlarımızı dayandırmaq qərarına gəldik", - məlumatda deyilir.

Almaniyanın "Lufthansa" aviaşirkəti və "Air India" daha əvvəl mayın 6-dək uçuşları dayandırmaq planlarını açıqlayıb.

İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidmətinin məlumatına görə, mayın 4-də Yəməndən atəşə tutulduqdan sonra Ben Qurion yaxınlığında raket qalıqları düşüb. "Kan" dövlət televiziyasının məlumatına görə, Ben Qurion hava limanı atəşdən sonra təxminən bir saat uçuş və eniş üçün bağlanıb. Nəticədə İsrailin bir neçə bölgəsində Yəməndən raket hücumu barədə xəbərdarlıq edən hava hücumu sirenləri səslənib.

İsrailin müdafiə naziri İsrael Katz raketin Ben Qurion bölgəsinə düşməsindən sonra deyib ki, İsrail ona hücum edənlərə "yeddi qat" cavab verəcək. "Ynet" portalının məlumatına görə, İsrailin baş naziri Binyamin Netanyahu yaxın vaxtlarda təhlükəsizlik nazirləri və təhlükəsizlik strukturlarının rəhbərlərinin iştirakı ilə təcili telefon görüşü keçirəcək və bu toplantıda Yəməndən raket hücumu müzakirə olunacaq. Bundan əlavə, İsrail Nazirlər Kabinetinin iclası mayın 4-də axşama planlaşdırılıb.

Mənbə: olke.az