“Verilən mina xəritələrinin yararlılığı 25%-dən yuxarı deyil”

“Verilən mina xəritələrinin yararlılığı 25%-dən yuxarı deyil”

“Ermənistan tərəfindən mina xəritələrinin verilməsi ilə bağlı qeyri-ardıcıl addımların şahidi oluruq”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

“Ermənistan tərəfinin verdiyi xəritələrin yararlılığı 25 faizdən yuxarı deyil. Bundan əlavə, bütün ərazilərin də xəritələrini vermirlər. Təəsüflər olsun ki, üçtərəfli bəyanata zidd olaraq Azərbaycan tərəfi Laçın yolunda nəzarəti ələ almayana kimi Ermənistan Qarabağa davamlı şəkildə minalar daşıyırdı. Həmin vaxtlarda da böyük ərazilərə yenidən minalar yerləşdirilib. Bu da birmənalı şəkildə beynəlxalq-humanitar hüququn kobud pozuntusudur”.

Sail Ağasəlim

Mənbə: qafqazinfo.az