Slovakiyanın baş naziri Robert Fitso Qələbə günü münasibəti ilə Moskvaya səfərini çox uğurlu adlandırıb və qeyd edib ki, Avropa nifrət yox, əməkdaşlıq kursu seçməlidir.
O, bu barədə “Facebook” səhifəsində yaydığı videomüraciətində bildirib.
“Mən Moskvaya səfərimi uğurlu hesab edirəm: nəinki onun xatirəsini ehtiramla yad etmək və naməlum əsgərin məzarı önünə gül dəstələri qoymaq vədini yerinə yetirdim, həm də dörd əlamətdar görüş keçirə bildim”, - siyasətçi bildirib.
O qeyd edib ki, Rusiya, Çin, Braziliya və Vyetnam liderləri ilə danışıqlar aparmağa nail olub.
"Bu, Slovakiyanın müstəqil xarici siyasətinin nümayişidir və bu siyasət çərçivəsində heç kimin bizə nəyi edə biləcəyimizi və ya edə bilməyəcəyimizi söyləməyə haqqı yoxdur", - o əlavə edib.
Fitso Avropa ilə Rusiya arasında qarşılıqlı əlaqələrin vacibliyini də vurğulayaraq bildirib ki, Avropa nifrət siyasəti və qapalı sərhədlər əvəzinə əməkdaşlığı seçməlidir.
Akqabay
Mənbə: publika.az