İlham Əliyev Bərdə-Ağdam dəmir yolu xətti ilə ilk rəmzi sərnişin qatarını YOLA SALDI - VİDEO

İlham Əliyev Bərdə-Ağdam dəmir yolu xətti ilə ilk rəmzi sərnişin qatarını

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib.

Bizim.Media xəbər verir ki, açılış mərasimində Bərdə-Ağdam dəmir yolu xətti ilə ilk rəmzi sərnişin qatarı yola salınıb.

Qeyd edilib ki, Ağdamın müasir şəhər statusuna uyğun inkişafına xidmət edən strateji infrastruktur layihəsi olan Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin təməli 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub.

Dəmir yolu vağzalı gündəlik 800-1000 nəfər sərnişinin daşınmasına imkan verəcək. Avtovağzal isə gündəlik 1300-1500 nəfər sərnişinə xidmət edəcək. Kompleks vahid nəqliyyat qovşağı kimi fəaliyyət göstərəcək.

Bizim.Media

Mənbə: bizim.media