İsrailin Azərbaycandakı səfiri Corc Dik yaxın bir neçə ay ərzində səlahiyyətlərinin başa çatacağını açıqlayıb.
Apa-ya istinadla xəbər verilir ki, səfir bir-iki aya Azərbaycanı tərk edəcəyini qeyd edib:
"Mənim səlahiyyət müddətimin artıq başa çatması ilə bağlı yayılan məlumatların əksinə olaraq, hələ görməli olduğum çox şey var. Bu yay bir müddət vəzifədə qalacağam", - o vurğulayıb.
Diplomat əlavə edib ki, bu barədə rəsmi açıqlama veriləcək.
Mənbə: yenisabah.az