Yeni Dehli İslamabadla yalnız hərbi səviyyədə danışıqlar aparmaq qərarına gəlib.
Publika.az xəbər verir ki, bu barədə "Hindustan Times" məlumat yayıb.
Hindistan tərəfi baş nazirin milli təhlükəsizlik üzrə müşaviri Ajit Doval və xarici işlər naziri Subrahmanyam Caişankar arasında pakistanlı həmkarları ilə təmaslar da daxil olmaqla, siyasi danışıqların mümkünlüyünü qəti şəkildə istisna edir.
Kəşmir məsələsində Yeni Dehli bildirib ki, müzakirə üçün yeganə mövzu Hindistanın Pakistan tərəfindən "qanunsuz işğal edilmiş" hesab etdiyi ərazilərin qaytarılmasıdır. Hindistan rəsmiləri vurğulayıblar ki, bu cür danışıqlar birbaşa, vasitəçilər olmadan aparılmalıdır.
Adəm
Mənbə: publika.az