Rusiya İstanbuldakı danışıqlara kimi göndərəcək?

Rusiya İstanbuldakı danışıqlara kimi göndərəcək?

Rusiya tərəfi Türkiyənin İstanbul şəhərində baş tutacaq danışıqlara hazırlaşır.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Rusiya tərəfi cümə axşamı baş tutması planlaşdırılan danışıqlara hazırlığı davam etdirir ", - o bildirib.

Kreml sözçüsü əlavə edib ki, danışıqlarda Rusiya nümayəndələrinin adını hələlik açıqlaya bilmir.

“Prezident lazım bildiyi anda biz bunu elan edəcəyik”, - deyə o qeyd edib.


Mənbə: unikal.az